Sahibkarlar “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olublar | Banco.az

Sahibkarlar “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olublar

Müxtəlif sektorlarda fəaliyyət göstərən 30-dan çox sahibkar “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub.

“Bakı KOB evi”nin rəhbərliyi tərəfindən “Marsol” MMC-nin üzvü olan biznes subyektlərinə KOB evində sahibkarlar üçün yaradılmış imkanlar, o cümlədən “G2B” və “B2B” xidmətlər, Startap İnkişaf Mərkəzi, mediasiya məkanı və təlim otaqları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, dövlət qurumları və özəl şirkətlər tərəfindən sahibkarlara göstərilən xidmətlərin vahid məkanda toplanması biznes subyektlərinin vaxtına və xərclərinə qənaət etməyə imkan verəcək.

Sahibkarlar “Bakı KOB evi”ndə onlar üçün yaradılmış şəraitdən məmnunluqlarını bildirib, KOB evinin xidmətlərindən fəal istifadə edəcəklərini qeyd ediblər. 

“Bakı KOB evi” ilə tanışlıq zamanı sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et