Yaponiyanın ticarət kəsiri azalıb | Banco.az

Yaponiyanın ticarət kəsiri azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyanın ticarət kəsiri 5 ayda ilk dəfə olaraq iki trilyon yendən aşağı düşüb.

Banco.az xəbər verir ki, Yaponiyanın ticarət kəsiri ölkə valyutasının zəif mövqeyi və enerji qiymətlərinin bahalığı ilə bağlı mövcud təsirlərin azaldığının işarəsi olaraq dekabr ayında gözləniləndən çox azalıb.

Maliyyə Nazirliyinin cümə axşamı verdiyi məlumata görə, ticarət kəsiri ötən 5 ayda ilk dəfə iki trilyon yendən aşağı düşərək 1,45 trilyon yen (11,3 milyard dollar) olub. İdxal bir il əvvələ görə 20,6 faiz artarkən, ixrac isə 11,5 faiz artım göstərib.

Xam neft və maye təbii qaz idxalının payı noyabr ayındakı illik artımla müqayisədə dekabr ayında azalıb. Avropaya ixrac artıb, avtomobil tədarükü azaldıqdan sonra isə Çinə daşınmalar yeddi ayda ilk dəfə geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et