Müəllif - Aida İsaq, Banco.az
Avropada qaz qiymətləri son beş ilin orta qiymət səviyyəsindən yuxarıdır.
Banco.az xəbər verir ki, bu barədə “Total Research”in strateji araşdırmalar departamentinin mütəxəssisi Yaroslav Ostrovski bildirib. Onun sözlərinə görə, qiymətlər 2021-ci ilin sentyabrından bəri ən aşağı səviyyəyə düşsə də, bahalaşmağa davam edir. Mülayim keçən hava şəraitinin Avropa üçün müsbət nəticələndiyini qeyd edən ekspert 2023-cü il üçün vəziyyətin qənaətbəxş olmadığını qeyd edib. Belə ki, bazarda baş verən hadisələr hər an dəyişə bilər. Tədarüklərin gedişatı geosiyasi vəziyyətdən asılıdır. Məsələn, Çinin iqtisadiyyatı sürətli bərpa etməsi ölkədə yanacaq istehlakı ilə yanaşı rəqabəti də artıra bilər. Bundan başqa, ekspert Asiya ölkələrinin xüsusən də Hindistan və Tailandın qiymətlərin ucuzlaşması fonunda LNG bazarına qayıtmağa başladığını bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!