Aİ-ni tərk etmək Böyük Britaniyanın əmək bazarına necə təsir göstərib? | Banco.az

Aİ-ni tərk etmək Böyük Britaniyanın əmək bazarına necə təsir göstərib?

Müəllif - Aida İsaq, Banco.az

Böyük Britaniyanın Aİ-ni tərk etməsi (brexit) ölkə üçün 330,000 işçinin itirilməsinə səbəb olub.

Banco.az xəbər verir ki, Avropa İslahatları Mərkəzinin məlumatına görə, yeni immiqrasiya məhdudiyyətləri Avropadan ölkəyə işçi axınını azaldıb. Belə ki, 2022-ci ilin iyun ayına qədər Aİ-dən potensial işçi çatışmazlığı 460 min nəfər təşkil edib. “Brexit” səbəbiylə Britaniyanın yeni immiqrasiya qanunları 2021-ci ilin yanvarında qüvvəyə minməsi ölkədə mühacirlərin işlə təmin olunmasını ciddi şəkildə əngəlləyib. İxtisaslı kadrların nisbətən az tələb olunduğu sahələrdə işçi azlığı qeydə alınıb. Topdan və pərakəndə ticarət 103 min işçi, qonaqlama və restoran biznesi 67 min işçi, tikinti və sənaye sektoru isə 93 min işçi itirib.

İşçi qüvvəsi çatışmazlığı ölkədə şirkətlərin bacarıqlı kadrlara üstünlük verməsi fonunda əmək haqqının rekord artımına gətirib çıxardı. Belə ki, 2022-ci ilin sentyabr-noyabr ayları ilə müqayisədə illik 6,4 faiz artım qeydə alındı. Ekspertlərin sözlərinə görə, bu cür tendensiyalar biznesə təzyiq göstərməklə yanaşı, İngiltərə Bankının inflyasiya artımını cilovlamaq üçün əsas faiz dərəcəsini növbəti dəfə artırmasına gətirib çıxara bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram