Almaniyada inflyasiya ötən il rekord həddə çatıb | Banco.az

Almaniyada inflyasiya ötən il rekord həddə çatıb

Müəllif - Aida İsaq, Banco.az

Almaniyada inflyasiya 2022-ci ildə 7,9%-lə rekord həddə çatıb. 

Banco.az xəbər verir ki, inflyasiyanın yüksək həddə çatmasına əsas səbəb enerji və ərzaq məhsullarının bahalaşması olub. Eyni zamanda, enerji qiymətlərində 2021-ci illə müqayisədə ötən il 34,7% artım qeydə alınıb.

Bundan başqa, son məlumatlara əsasən, Aİ-nin ən böyük iqtisadiyyatına sahib Almaniyanın ümumi daxili məhsulu 2022-ci ildə 1,9% artıb. Əvvəlki proqnozlara görə isə müvafiq göstəricinin 1,8% olacağı gözlənilirdi. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et