2022-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə büdcəyə daxilolmalar əvvəlki illə müqayisədə 19,2% artıb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Onun szölərinə görə, əmək bazarında leqallaşma və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində 2022-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə büdcəyə daxilolmalar əvvəlki illə müqayisədə 19,2% artaraq 4 mlrd. 586,3 mln. manata çatıb. Bu müddətdə işsizlikdən sığorta üzrə daxilolmalar isə 19% artaraq 160,2 mln. manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!