Banklar avronun mövqeyinin güclənəcəyini proqnozlaşdırdı | Banco.az

Banklar avronun mövqeyinin güclənəcəyini proqnozlaşdırdı

Müəllif - Aida İsaq, Banco.az

Mülayim hava şəraitinin davam etməsi fonunda ucuzlaşan enerji qiymətləri Avropa İttifaqının (Aİ) rəsmi valyutasının mövqeyini gücləndirəcək. 

Banco.az xəbər verir ki, bu fikri Almaniyanın “Deutsche Bank” bankçılıq nəhəngi və Amerikanın “Morgan Stanley” bankının analitikləri bildirib. Ekspertlər avronun hazırkı məzənnə ilə 1,07 dollardan 1,15 dollara yüksələcəyini gözləyirlər. Yaponiyanın “Nomura İnternational” maliyyə holdinqi yanvarın sonuna müvafiq məzənnəni 1,10 dollar olaraq proqnozlaşdırıb.

Kanadanın “TD Securities” investisiya bankının mütəxəssisi Mark McCormickinin sözlərinə görə, mülayim hava şəraiti avrozonanın bərpasını stimullaşdıracaq.

Bundan başqa, Hollandiyanın “Aegon Asset Management” sığorta şirkətinin mütəxəssisi Qaret Gettinbin regionda müşahidə olunan yüksək hava temperaturunun enerji böhranının qarşısını almağa kömək etdiyini vurğulayıb. Bu isə investorlar arasında inkişafa olan inam səviyyəsini yüksəldib. Ekspert qaz qiymətlərinin ucuzlaşmasına paralel olaraq avronu  gözləyən risklərin də azaldığını qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et