Müəllif: Tamara Mustafayeva, Banco.az
“BMW” markası “i Vision Dee” adlı elektrikli konsept avtomobilini təqdim edib.
Banco.az xəbər verir ki, Las-Veqasın ev sahibliyi etdiyi “CES” sərgisi bu il avtomobil markalarının bir çox yenilikləri təqdim etdiyi möhtəşəm şouya çevrilib.
Keçən ilki sərgidə rəngini dəyişən modelini təqdim edən Almaniyanın avtomobil nəhəngi “BMW” şirkəti bu il isə sözügedən texnologiyanı daha da inkişaf etdirərək avtomobilin rəng dəyişdirmə qabiliyyətini 2-dən 32-yə yüksəldib. Tədbirdə “i Vision Dee” adlı konsept avtomobilini təqdim edən şirkət avtomobilin retro dizayna malik olmasına baxmayaraq, gələcək modellərə işıq tutduğunu vurğulayıb.
“Dee” abbreviaturası “Digital Emotional Experience”, yəni “Rəqəmsal Emosional Təcrübə” olaraq izah edilərkən, nümayiş etdirilən konsept avtomobilin sürücülərlə nəqliyyat vasitələri arasında qurulan bağı xarakterizə etdiyi bildirilib.
Qeyd edək ki, sözügedən konsept avtomobildəki bəzi elementlərin 2025-ci ildən etibarən markanın modellərində istifadə olunacağı xatırladılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!