Çinin “UnionPay” ödəniş sistemi Rusiya banklarına məhdudiyyət tətbiq etdi | Banco.az

Çinin “UnionPay” ödəniş sistemi Rusiya banklarına məhdudiyyət tətbiq etdi

Müəllif - Aida İsaq, Banco.az

Çinin “UnionPay” ödəniş sistemi Rusiya banklarının “UnionPay” kart sahibləri üçün yeni məhdudiyyət tətbiq edib.

Banco.az xəbər verir ki, müştərilərin öz vəsaitlərini nağdlaşdırması artıq müəyyən limit çərçivəsində baş tutacaq. Beləliklə, gündəlik olaraq 50 000 yuan (cari məzənnə ilə təxminən 500 000 rubl), il ərzində isə 500 000 yuan (təxminən 5 milyon rubl) məbləğində vəsaitləri nağdlaşdırmaq mümkün olacaq. Qeyd edək ki, müvafiq məhdudiyyətlər Rusiyadan kənarda nağd pulun çıxarılma əməliyyatlarına tətbiq olunub.

Müştərilərə bu sanksiyaya qarşılıq olaraq bir neçə “UnionPay” kart hesabı açmağı tövsiyə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram