Rusiya sərvət fondunu bu ölkənin valyutası ilə dolduracaq | Banco.az

Rusiya sərvət fondunu bu ölkənin valyutası ilə dolduracaq

Müəllif - Aida İsaq, Banco.az

Rusiya Milli Sərvət Fondunu 2023-cü ildən Çin yuanı ilə doldurmağa başlaya bilər.

Banco.az xəbər verir ki, bu barədə jurnalistlərə maliyyə naziri Anton Siluanov bildirib. Onun sözlərinə görə, gələn ilin büdcəsi yanvar ayında hesabatlar əsasında qiymətləndirilmələr aparılaraq təsdiqlənəcək. Məhz bu zaman hansı valyutadan istifadə olunacağına da qərar veriləcək.

Nazir fondun əvvəllər məzənnə risklərini minimuma endirmək üçün xarici valyuta ilə doldurulduğunu qeyd edib. O, Çin yuanının dost valyuta hesab edildiyini və digərləri ilə müqayisədə daha çox ehtiyat valyuta xüsusiyyətlərinə malik olduğunu vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et