Ukraynanın zəngin şəxsləri 20 milyard dollardan çox zərərə uğrayıb | Banco.az

Ukraynanın zəngin şəxsləri 20 milyard dollardan çox zərərə uğrayıb

Müəllif - Aida İsaq, Banco.az

Ukraynada hərbi əməliyyatların başlamasından bu günə qədər ölkənin 20 ən zəngin şəxsi 22,5 milyard dollara qədər vəsait itirib.

Banco.az xəbər verir ki, bu barədə məlumat paylaşan “Forbes” nəşri ən varlı üç ukraynalının adını açıqlayıb. Onlardan birincisi Rinat Axmetov “Metinvest” şirkətinin ortaq sahibidir. Onun sərvəti 4,4 milyard dollar qiymətləndirilir. Fevraldan bəri sahibkarın 9 milyard dollar itirdiyi qeyd olunur. “Grammarly” xidmətinin ortaq sahibləri Maksim Litvin və Aleksey Şevçenko 1,7 milyard dollar itirərək sözügedən siyahıda ikinci və üçüncü yerləri bölüşdürür. 

Ümumilikdə metallurgiya və əlaqəli sənaye sektorunun daha çox zərərə uğradığı məlum olub.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et