Bu iki ölkə arasında təmiz enerji sahəsində əməkdaşlıq sazişi imzalanıb | Banco.az

Bu iki ölkə arasında təmiz enerji sahəsində əməkdaşlıq sazişi imzalanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Səudiyyə Ərəbistanı və Yaponiya arasında təmiz enerji sahəsində əməkdaşlıq sazişi imzalanıb.

Banco.az xəbər verir ki, Yaponiyanın İqtisadiyyat, ticarət və sənaye naziri Yasutoşi Nişimuranın Səudiyyə Ərəbistanına səfəri zamanı iki ölkə arasında təmiz enerji sahəsində əməkdaşlıq sazişi imzalanıb.

Bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyinin rəsmi “Twitter” hesabından məlumat verilib.

Məlumata görə, ölkənin Energetika naziri Əbdüləziz bin Salman paytaxt Ər-Riyada səfərdə olan Yaponiyanın İqtisadiyyat, ticarət və sənaye naziri Yasutoşi Nişimura ilə Səudiyyə Ərəbistanı-Yaponiya enerji nazirləri dialoqunun ilk iclasını keçirib.

İki nazir Səudiyyə Ərəbistanı və Yaponiya arasında karbon iqtisadiyyatı, karbonun təkrar emalı, təmiz hidrogen və yanacaq ammonyak sahələrində əməkdaşlıq sazişi imzalayıblar.

Ən sərfəli kredit üçün müraciət et

Görüş zamanı Səudiyyə Ərəbistanının xam neft tədarükü baxımından Yaponiya üçün etibarlı tərəfdaş olduğu da vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et