“İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə 9 milyard manat ayırılıb” | Banco.az

“İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə 9 milyard manat ayırılıb”

Azərbaycan dövləti indiyə qədər işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə təxminən 9 milyard manat vəsait ayırıb.

Bunu jurnalistlərə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, yeni “Böyük Qayıdış” proqramı xərclənəcək vəsaitin həcminin bir neçə dəfə artmasına şərait yaradacaq: "Yeni “Böyük Qayıdış” proqramı çərçivəsində bu istiqamətdə təxminən 20 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulur. Bu vəsait daha çox Azərbaycan dövlətinin daxili imkanları hesabınadır”.

O bildirib ki, eyni zamanda özəl sektorun bu prosesdə daha yaxşı iştirak etməsi üçün imkanlar yaradılır: “Bunun üçün dövlət-özəl tərəfdaşlığı ilə bağlı qanun təkmilləşdirilir. Eyni zamanda parlament bu yaxınlarda azad edilmiş ərazilərdə işləyən sahibkarların üçün vergi, gömrük, həmçinin digər istiqamətdə güzəştlərin edilməsini, həmçinin əlverişli kredit resurslarına çıxışla bağlı imkanların yaradılmasını təmin edib".

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et