Aİ "Airbnb" üçün vergi qərarı qəbul edib | Banco.az

Aİ "Airbnb" üçün vergi qərarı qəbul edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Məhkəməsi “Airbnb” haqqında məlumatların yayımlaması və vergilərin ödəməsi üzrə qərar qəbul edib.

Banco.az xəbər verir ki, baş qərargahı Lüksemburqda yerləşən Aİ-nin ən yüksək məhkəməsi olan Avropa Ədalət Məhkəməsi ABŞ-ın qonaqlama xidməti təmin edən “Airbnb” şirkətinin İtaliyadakı vergi praktikasına qarşı məhkəmə işi ilə bağlı qərar verib.

Məhkəmə qərara alıb ki, Aİ qanunvericiliyi qısamüddətli əmlak icarəsi ilə bağlı milli vergi rejiminə uyğun olaraq məlumatların toplanmasına və ya tutulma vergisinin ödənilməsinə mane olmur.

Qərara əsasən,  “Airbnb” İtaliyadakı fəaliyyəti və icarə müqavilələri haqqında məlumatı ölkənin vergi orqanı ilə bölüşməli və ölkədə tutulan vergini ödəməli olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et