Xalq Bank Mastercard kartları üçün Google Pay™ xidmətini istifadəyə verdi | Banco.az

Xalq Bank Mastercard kartları üçün Google Pay™ xidmətini istifadəyə verdi

Bu gündən etibarən Xalq Bankın Mastercard kartları üçün Android və xidməti dəstəkləyən WearOS cihazlarında Google Pay™ xidməti aktiv olacaq. Google Pay ödənişlərini həyata keçirmək üçün müştərilər kartlarını rəqəmsal pul kisəsində, Google Wallet™-də saxlaya biləcəklər.

Google Pay kart sahiblərinə təmassız ödənişlərin qəbul edildiyi ticarət və xidmət obyektlərində, tətbiqlərdə və internet səhifələrində rahat, sürətli və təhlükəsiz ödənişlə alış-veriş etmək imkanı verən kartsız ödəniş üsuludur. Bu xidmətlə mağazalarda ödənişi həyata keçirmək üçün Android əməliyyat sistemini dəstəkləyən smartfonu cihaza yaxınlaşdırmaq kifayətdir.

Google Pay-i sazlamaq çox asandır. Bunun üçün XalqOnline mobil tətbiqi üzərindən, yaxud Android cihazınızdakı Google Play Store-dan Google Wallet-i yükləyərək oradakı təlimatlara əsasən Xalq Bank kartını xidmətə əlavə etmək kifayətdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et