Bu mərkəzi bank faiz artımlarına davam edib | Banco.az

Bu mərkəzi bank faiz artımlarına davam edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İndoneziya Mərkəzi Bankı faiz dərəcələrini artırmağa davam edir.

Banco.az xəbər verir ki, İndoneziya Mərkəzi Bankı proqnozlara paralel olaraq uçot dərəcəsini 25 baza bəndi artırmaqla 5,50 faizə çatdırıb. Bu, mərkəzi bankın ilin avqust ayından bəri qəbul etdiyi beşinci faiz artımı qərarıdır.

Bank 2023-cü ildə ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz artımında pik həddə çatması və xarici kapital axınının İndoneziyaya qayıtması fonunda valyutanın sabitləşməsini gözləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et