Müəllif - Şəbnəm Mehdizadə, Banco.az
Cari ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında 507 milyon 588 min 600 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.
Banco.az xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çoxdur.
Məlumat üçün qeyd edək ki, hesabat dövründə diri çəkidə ət istehsalı 26531 ton, süd istehsalı 85599 ton olub. Həmçinin, ötən illə müqayisədə ət istehsalı 5,8 faiz, süd istehsalı isə 1,4 faiz artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!