"Samsung" gələn il qatlana bilən noutbukunu təqdim edəcək | Banco.az

"Samsung" gələn il qatlana bilən noutbukunu təqdim edəcək

Müəllif - Aida İsaq, Banco.az

“Samsung” ilk qatlana bilən "OLED" noutbukunun təqdimatını 2023-cü ildə həyata keçirəcək.

Banco.az xəbər verir ki, bu barədə Koreya şirkətinin hesabatında qeyd olunub. Qatlanan ekrana malik noutbuk “Samsung Display” tərəfindən istehsal olunan 17,3 düymlük OLED matrisi ilə təchiz olunacaq. Cihazın təqdimatı “HP”nin 17 düymlük qatlana bilən ekrana malik ilk noutbukunun təqdimatı ilə eyni vaxta təsadüf edir. Adı çəkilən noutbukun başlanğıc qiymətinin rəqiblərindən aşağı olacağı qeyd olunur.

Qeyd edək ki, hazırda müvafiq bazarda “Asus” və “Lenovo”nın  iki oxşar noutbuku yer alır.

 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et