17 dekabr tarixində PAŞA Həyat "NETTY2022" Azərbaycanın Milli internet mükafatının 17-ci mükafatlandırma mərasimində "Maliyyə və Banklar" kategoriyası üzrə "İlin ən yaxşı Vebsaytı" nominasiyası üzrə qalib oldu.
Qeyd edək ki, NETTY Azərbaycan Milli İnternet Mükafatı ümumdünya internet şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.
2004-cü ildən keçirilən NETTY hər il Azərbaycanın ən yaxşı internet saytlarını, tətbiqlərini, sosial resurslarını müəyyənləşdirir və mükafatlandırır.
Lider sığorta şirkəti - “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2021-cu il tarixinə şirkətin nizamnamə kapitalı 40,250 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, “Yığım tərkibli yaşam sığortası”, “Korporativ Həyat Sığortası” məhsullarını təklif edir.
Bizi sosial şəbəkələrdən izləyin!!