Bu ölkədə elektrik istehlakı 11 ayda 3,5 faiz artıb | Banco.az

Bu ölkədə elektrik istehlakı 11 ayda 3,5 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində elektrik enerjisi istehlakı ilin 11 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artıb.

Banco.az xəbər verir ki, Çin Milli Enerji Administrasiyasının məlumatına görə, ölkədə yanvar-noyabr aylarında elektrik enerjisi istehlakı əvvəlki illə müqayisədə 3,5 faiz artaraq 7,86 trilyon kilovat/saata çatıb.

Elektrik enerjisi istehlakı kənd təsərrüfatı, meşə təsərrüfatı və dağ-mədən kimi xammal istehsal edən əsas fəaliyyət sahələrində 9,7 faiz, emal sektoru da daxil olmaqla ikinci dərəcəli biznes sahələrində 1,5 faiz, xidmətlər sektorunu əhatə edən üçüncü dərəcəli biznes sahələrində isə 4,1 faiz artıb.

Sözügedən dövrdə elektrik enerjisindən məişət istehlakı da 12 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, iqtisadi aktivliyin göstəricilərindən biri olan elektrik enerjisi istehlakı artımının istehsal sektorunda zəif olması iqtisadiyyatı sənaye istehsalına əsaslanan Çinin artım tempini qoruyub saxlaya bilməyəcəyinə işarə edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et