İngiltərədə inflyasiya 41 ilin pik həddindən aşağı düşüb | Banco.az

İngiltərədə inflyasiya 41 ilin pik həddindən aşağı düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada noyabr inflyasiyası proqnozlardan aşağı reallaşıb.

Banco.az xəbər verir ki, Böyük Britaniya Statistika İdarəsinin (ONS) məlumatına görə, noyabrda inflyasiya illik 11,1 faizdən 10,7 faizə enib. İqtisadçıların gözləntiləri isə 10,9 faiz idi.

İnflyasiyanın artım sürətindəki geriləməyə benzin, geyim və ikinci əl avtomobil qiymətlərininin ucuzlaşması təsir göstərib.

Nüvə inflyasiyası isə oktyabrda 6,5 ​​faiz artdıqdan sonra noyabrda 6,3 faizə düşüb. Xidmətlər inflyasiyası 6,3 faiz səviyyəsində qalıb ki, bu da ötən 30 ilin ən yüksək göstəricisidir.

Açıqlanan məlumatların enerji və qida xərclərinin artımından əziyyət çəkən ev təsərrüfatları üçün sevindirici olduğu düşünülsə də, İngiltərə Bankının (mərkəzi bank) faiz qərarlarında dəyişikliyə səbəb olacağı gözlənilmir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et