Hindistan-Rusiya arasında ödənişlər rupi ilə həyata keçiriləcək | Banco.az

Hindistan-Rusiya arasında ödənişlər rupi ilə həyata keçiriləcək

Müəllif - Aida İsaq, Banco.az

Gələn həftədən etibarən Hindistan-Rusiya arasında ticarət əməliyyatlarında rupidən istifadə olunmağa başlayacaq.

Banco.az xəbər verir ki, bu barədə Hindistanın ixrac təşkilatları federasiyasının rəhbəri Ajay Sahay bildirib. Onun sözlərinə görə, artıq bəzi ixracatçılar və idxalçılar hesabların açılması üçün banklara müraciətlər ünvanlayıb.

Qeyd edək ki, bundan öncə yayılan məlumata görə, Hindistan Rusiya və qonşu ölkələrlə ümumi ticarətinin 16,38%-ə qədərini milli valyutayla gerçəkləşdirə bilər. Bundan başqa, Rusiya cari ilin oktyabrında Səudiyyə Ərəbistanı və İraqı qabaqlayaraq Hindistanın ən böyük neft tədarükçüsünə çevrilib.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram