ABŞ-dan alınan bahalı qaz Fransa sənayesinin inkişafını zəiflədir | Banco.az

ABŞ-dan alınan bahalı qaz Fransa sənayesinin inkişafını zəiflədir

Müəllif - Aida İsaq, Banco.az

ABŞ-dan bahalı mayeləşdirilmiş təbii qazın (LNG) alışını həyata keçirmək Fransanın sənaye sektorunu məhvə sürükləyir.

Banco.az xəbər verir ki, bu barədə Fransanın Rekonkista partiyasının rəhbəri Erik Zemmur məlumat verib. O, sənaye sektorunun sıradan çıxacağından, müəssisələrin enerjinin daha ucuz olduğu ABŞ-a köçməyindən narahatlığını bildirib. O, Ukraynadakı vəziyyət fonunda ABŞ-dan qaz almaqla bağlı verilən tələsik qərarı birmənalı qarşılamayıb. Eyni zamanda Avropaya nəqli dayandıran tərəfin Rusiya olmadığını xatırladıb. Beləliklə, Avropanın Rusiya qazından imtina etməsi tədarüklərin azalmasına gətirib çıxardı.

Ekspert enerji bazarı qaydalarına uyğun olaraq Aİ-nin elektrik enerjisinin qiymətlərini qaz qiymətləri ilə uyğunlaşdırmasını düzgün hesab etməyib. O, məsələnin həll yolu olaraq Avropa enerji sistemindən çıxmağı təklif edib.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et