Müəllif - Aida İsaq, Banco.az
Aİ ölkələrinin Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi dekabrın 12-də təsdiqlənə bilər.
Banco.az xəbər verir ki, eyni zamanda bazar ertəsi İrana qarşı sanksiyalar paketinin də təsdiqlənəcəyi gözlənilir.
Bir neçə gün əvvəl “The Financial Times” sanksiyalar paketinə əsasən dörd rus kanalının yayımı və Rusiya Federasiyasından olan marketinq şirkətləri ilə əməliyyatların qadağan edilməsi barədə məlumat yaymışdı. Bununla yanaşı, bildirilir ki, Rusiyada dağ-mədən sənayesinə investisiya qoyuluşu və daha üç Rusiya bankı ilə əməliyyatların məhdudlaşdırılması nəzərdə tutulub.
Bizi sosial şəbəkələrdən izləyin!!