Müəllif - Aida İsaq, Banco.az
Avstraliya dekabrın 7-dən etibarən yerli kömür və qaz qiymətlərini nəzarətə götürəcək.
Banco.az xəbər verir ki, bunu ölkənin baş naziri Entoni Albanese bildirib. O, hökumətin hazırda lazımi addımları atmayacağı halda elektrik enerjisi qiymətlərinin xeyli bahalaşacağını qeyd edib. Sakinlərin qaz qiymətlərinə bel bağladığını vurğulayan nazir, qaz qiymətlərinin münasib olmasının vacibliyini xatırladıb. Eyni zamanda nazir yüksək enerji qiymətləri fonunda bəzi şirkətlərin böyük gəlir əldə etdiyi halda digərlərinin sıradan çıxmasını ədalətsiz vəziyyət adlandırıb.
Qiymətlərin məhdudlaşdırılması məsələsi isə çərşənbə günü milli məclisin iclasında müzakirə olunacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!