Rusiya neftinə tətbiq olunan qadağalar Aİ ölkələrinə mənfi təsir göstərəcək | Banco.az

Rusiya neftinə tətbiq olunan qadağalar Aİ ölkələrinə mənfi təsir göstərəcək

Müəllif - Aida İsaq, Banco.az

Rusiya neftinə tətbiq edilən qiymət limiti daha çox Aİ ölkələrinə öz mənfi təsirlərini göstərəcək.

Banco.az xəbər verir ki, bu barədə Çinin “Global Times” nəşri məlumat paylaşıb.

Qeyd olunur ki, Avropa artıq daha yüksək enerji qiymətlərinə hazırlaşmalıdır. Syamen Universitetinin (Şərqi Çin) enerji iqtisadiyyatı tədqiqat mərkəzinin direktoru Lin Baoqiangun sözlərinə görə, Moskvanın neftin aşağı qiymətlərlə tədarükünə razı olması mümkünsüz görünür. Buna paralel olaraq isə, Avropa Birliyi ABŞ-dan neft idxalını artırmağa məcbur olacaq. Nəticədə yaranan vəziyyət qiymətlərin kəskin bahalaşmasına gətirib çıxaracaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram