İlon Mask FED-i təcili olaraq faiz dərəcələrini azaltmağa çağırıb | Banco.az

İlon Mask FED-i təcili olaraq faiz dərəcələrini azaltmağa çağırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Daha əvvəl qlobal iqtisadiyyatın geriləyəcəyi ilə maraqlandığını söyləyən İlon Mask indi də FED-i faiz dərəcələrini aşağı salmağa çağırıb.

Banco.az xəbər verir ki, dünyanın ən varlı insanı, tanınmış investor İlon Mask “Twitter”də bir istifadəçi ilə yazışmasında belə qeyd edib:

“Vəziyyət narahatedicidir. FED dərhal faiz dərəcələrini aşağı salmalıdır. O, iqtisadiyyatda böyük tənəzzül ehtimalını artırır.”

Maliyyə təhlili xidmətləri göstərən “NorthmanTrader” şirkətinin təsisçisi Sven Henrix isə Maska belə cavab verib:

“Fed inflyasiyanı düzgün dəyərləndirə bilmədiyi üçün uzun müddət çox rahat idi. İndi o, sonrakı təsirləri hesablamadan aqressiv şəkildə faiz dərəcələrini artırır. Onlar vurduqları zərəri dərk edənə qədər artıq gec olacaq.”

Ən sərfəli kredit üçün müraciət et

Mask da onu “tamamilə düzgün”, deyərək təsdiqləyib.

Xatırladaq ki, Mask bundan əvvəl də məsələ ilə bağlı proqnozlar vermişdi. O, noyabrın 24-də qlobal tənəzzülün 2024-cü ilin yazına qədər davam edə biləcəyini proqnozlaşdırmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et