Bankçılıq nəhəngi Britaniya iqtisadiyyatı ilə bağlı mənfi proqnoz verib | Banco.az

Bankçılıq nəhəngi Britaniya iqtisadiyyatı ilə bağlı mənfi proqnoz verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“JPMorgan” İngiltərə iqtisadiyyatının 2023-cü ildə daralacağını gözləyir.

Banco.az xəbər verir ki, ABŞ-ın investisiya bankçılıq nəhəngi “JPMorgan” Böyük Britaniyada bu il 4,3 faiz artacağı ehtimal edilən ümumi daxili məhsul (ÜDM) həcminin 2023-cü ildə 0,6 faiz azalacağını proqnozlaşdırıb.

Ölkə iqtisadiyyatının sürətlə artan təbii qaz qiymətləri, zəifləyən qlobal böyümə və sərtləşdirilmiş iqtisadi şərtlərin təsiri ilə uzun bir tənəzzül dövrünə girdiyini iddia edən “JPMorgan” analitikləri gələn il üçün daralma gözlədiklərini söyləyiblər.

Bank həmçinin İngiltərə Mərkəzi Bankının gələn ilin ilk rübünün sonuna qədər faiz dərəcəsini 4,25 faizə çatdıracağını da proqnozlaşdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et