Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyə iqtisadiyyatında 9 rübdən sonra daralma qeydə alınıb.
Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) üçüncü rübün milli gəlir statistikasını açıqlayıb.
Bu statistikaya görə, Türkiyə iqtisadiyyatı aylıq əsasda 0,1 faiz daraldığı halda, illik əsasda 3,9 faiz artım göstərib. Bununla da, iqtisadiyyat 9 rübdən sonra ilk dəfə kiçilib.
Bloomberg nəşrinin sorğusunda iştirak edən iqtisadçılar isə aylıq 0,5 faiz azalma, illik 4,4 faiz artım gözləyirdilər.
Bizi sosial şəbəkələrdən izləyin!!