"OPEC" neft hasilatını daha çox azalda bilər | Banco.az

"OPEC" neft hasilatını daha çox azalda bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

“OPEC”in bu həftənin axırı baş tutacaq iclasında ixtisar qərarına davam edəcəyi istisna edilmir.

Banco.az xəbər verir ki, ötən ay hasilatın azaldılması qərarına görə ABŞ prezidenti Baydendən sərt reaksiyalar alan “OPEC+” bu həftəsonu keçiriləcək iclasda yeni ixtisarlar etməyi düşünə bilər.

Səudiyyə Ərəbistanı və tərəfdaşları ötən ay keçirilən iclasda neft hasilatının sutkada 2 milyon barel azaldılmasına dair qərar qəbul etməklə həm treyderləri təəccübləndirmiş, həm də ABŞ prezidenti Co Baydenin sərt reaksiyasına səbəb olmuşdular. Ancaq həmin vaxtdan bəri ucuzlaşan neft qiymətləri təşkilatın bu qərarında haqqlı olduğunu ortaya çıxardı.

Bu həftəyə qədər əvvəlki ixtisarların təsirini qiymətləndirmək üçün bir müddət fasilə verəcəklərini düşünən qrup nümayəndələri hazırda əlavə ixtisarların da istisna edilmədiyini söyləyirlər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et