Bu il Azərbaycana nə qədər turist gəlib? | Banco.az

Bu il Azərbaycana nə qədər turist gəlib?

Müəllif - Şəbnəm Mehdizadə, Banco.az

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 176 ölkəsindən 1323,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gələnlərin 27,4 faizi Rusiya Federasiyası, 19,4 faizi Türkiyə, 10,8 faizi İran, 6,8 faizi Səudiyyə Ərəbistanı, 4,8 faizi Gürcüstan, 3,4 faizi Hindistan, 3,3 faizi Pakistan, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Qazaxıstan, 1,8 faizi Ukrayna, 1,7 faizi İsrail, 1,6 faizi Özbəkistan, 1,5 faizi Küveyt, 1,3 faizi Oman, 1,1 faizi Belarus, 11,0 faizi digər ölkələrin vətəndaşları olub.

Qeyd edək ki, gələnlərin 74,6 faizini kişilər, 25,4 faizini qadınlar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et