Ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün “Heydər Əliyev təqaüdü” təsis ediləcək.
Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.
Prezident Administrasiyası, Elm və Təhsil Nazirliyi və Maliyyə Nazirliyi 2023-cü il may–iyun aylarında ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün “Heydər Əliyev təqaüdü” təsis edilməsini təmin etməlidir.
Bizi sosial şəbəkələrdən izləyin!!