Çində sənaye sektorunun mənfəəti azalır | Banco.az

Çində sənaye sektorunun mənfəəti azalır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində sənaye sektoru çətin dövrdən keçir.

Banco.az xəbər verir ki, Çində sənaye firmalarının mənfəəti ilin ilk 10 ayında Kovid-19 məhdudiyyətlərinin yaratdığı təzyiq və fabrik istehsalı məhsulların ucuzlaşması səbəbindən azalıb.

Çin Milli Statistika Bürosunun bugün yaydığı məlumatlara görə, yanvar-oktyabr aylarında ölkənin sənaye sektorunun mənfəəti əvvəlki ilə nəzərən 3.0% azalma göstərib.

Oktyabr ayında istehsal mərkəzi olan Quandonq əyaləti də daxil olmaqla, Çinin əksər bölgələrində yoluxma sayının artması səbəbindən məhdudiyyətlərin sərtləşdirilməsi biznes və istehlakçı fəaliyyətini məhdudlaşdırıb. Qlobal tələbdə sürətli geriləmə müşahidə olunub ki, bu da ötən ay ixracın gözlənilmədən azalmasına gətirib çıxarıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Çində istehsalçı qiymətləri də oktyabr ayında yaxın iki il ərzində ilk dəfə azalıb. Bunun da əsas səbəbi kovid məhdudiyyətlərinin geniş vüsət alması ilə qloval əmtəə qiymətlərinin ucuzlaşması və daxili tələbin zəifləməsi hesab edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et