Bu gün nə üçün "Qara Cümə" (Black Friday) adlanır? | Banco.az

Bu gün nə üçün "Qara Cümə" (Black Friday) adlanır?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dilimizə “Qara Cümə” kimi tərcümə edilən Amerika mənşəli “Black Friday” adəti artıq son illərdə ölkəmizdə də olduqca populyarlaşan və insanların səbirsizliklə gözlədiyi hadisədir. Bu il “Qara cümə” bu günə, yəni  25 noyabra təsadüf edir. Ötən iki il karantin tədbirləri ilə əlaqədar olaraq əsas üstünlük onlayn alış-verişə verilmişdisədə, bu il yenidən iri ticarət və alış-veriş mərkəzləri məxsusi endirim kampaniyaları ilə müştərilərin yolunu gözləyir. Artıq həftənin əvvəlindən başlayaraq seçilmiş məhsullara endirimlər tətbiq edib ki, çox güman bugün sözügedən alış-veriş məkanlarında insan sıxlığı qaçılmaz olacaq.

Bəs bu günün tarixini və adını haradan götürdüyünü bilirsinizmi?

Banco.az xəbər verir ki, Amerikada “Şükran Günü”dən sonrakı ilk Cümə günü məhz belə adlanırdı. 1932–ci ildən bəri insanlar həmin günü Yeni il üçün alış-veriş mövsümünün başlanğıcı olaraq qəbul edirlər. Bu gündə mağazalar insanlara qapılarını çox erkən açar və gec saatda bağlayar, həmçinin gözlənilməyən endirimlər həyata keçirərlər. “Black Friday” rəsmi olaraq qeyri-iş günü hesab edilmir. Kanada və İngiltərədə də “Black Friday” günü qeyd edilir və Amazon kimi onlayn alış-veriş saytları da endirimli satışlar həyata keçirirlər.

Ən sərfəli kredit üçün müraciət et

Bu alış-veriş günü ilk dəfə 1961–ci ildə qəzetlərdə Black Friday olaraq işıqlandırılmışdı. Belə ki, həmin gün Filadelfiyada alış-veriş səbəbi ilə yaranan tıxac və hətta insanların xəsarət alması ilə nəticələnən hadisələr səbəbilə bu adı almışdır.

Hazırda isə bu gün həm insanlar, həm mağazalar baxımından müsbət qarşılananan bir hadisədir.

Həmçinin oxu: "Qara Cümə" və fəsadları

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et