Bu ölkədə dollar və avroya maraq azalıb | Banco.az

Bu ölkədə dollar və avroya maraq azalıb

Müəllif - Aida İsaq, Banco.az

Hazırda dollar və avro almaq əvvəlki aylarla müqayisədə daha sərfəlidir. Banco.az xəbər verir ki, bu barədə "Sovcombank"ın baş analitiki Mixail Vasiliev fikirlərini bölüşüb.

Onun sözlərinə görə, alış və satış qiymətləri arasındakı fərqdə azalmalar müşahidə olunur. Mütəxəssis eyni zamanda dollar və avroya marağın zəiflədiyini qeyd edib. Buna səbəb olaraq isə tətbiq edilən sanksiyaları və Rusiyanın qeyri-dost ölkələrin valyutaları ilə əməliyyatları nisbətən məhdudlaşdırmasını göstərib. Bununla yanaşı, gələn il rubl qlobal böhran və əmtəə qiymətlərinin aşağı düşməsi səbəbindən zəifləyə bilər deyə ekspert xəbərdarlıq edib. 

Hazırda ən çox dollara nisbətən stabil olan dost valyutalara üstünlük verilir. Bu siyahıya Çin yuanı, BƏƏ dirhəmi və Honq Konq dolları daxildir. 

Rusiya Mərkəzi Bankı oktyabrın əvvəlində bir sıra Rusiya banklarının dollar və avro balansını əhəmiyyətli dərəcədə azaltdığını bildirib. Buna səbəb olaraq isə sərt sanskiyalar, eləcə də xarici valyutalarda olan depozitlərdən vəsaitlərin kəskin şəkildə xaricə göndərilməsi göstərilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et