Müəllif: Şəbnəm Mehdizadə, Banco.az
9 aydır ki, davam edən Rusiya-Ukrayna müharibəsi Avropanın enerji təhülkəsizliyinə ciddi zərbə vurdu. Ağır iqtisadi sanksiyalar fonunda Rusiya Avropanı qaz tədarükü ilə təhdid etməkdə davam edir. Lakin qarşıdan soyuq qış ayları gəlir. Maraqlıdır, müharibənin davam edəcəyi təqdirdə Avropa qaz böhranının qarşısını necə alacaq?
Mövzu ilə bağlı Banco.az-a danışan enerji məsələləri üzrə ekspert Emin Qəribli bildirib ki, Avropa qaz böhranını nəinki bu il, hətta gələn il də asanlıqla həll edə bilməyəcək:
“Avropa üçün yaxın illər ərzində Rusiya qazını əvəzləyəcək alternativ yoxdur. Hesab edirəm ki, hazırda Rusiyanın ixrac etdiyi neftə qazdan daha çox təzyiq var. Müharibə gələn il də davam edərsə Avropa enerji sahəsində daha ciddi çətinliklərlə üzləşmiş olacaq. Aİ ölkələri hazırda Aralıq dənizindən gəmi və tanker vasitəsilə müxtəlif yollarla qaz əldə etməyə çalışır. Həmçinin alternativ enerji mənbələrindən istifadə məsələsi də gündəmdədir. Lakin bununla Avropanın qaza olan tələbini ödəmək mümkün deyil. Güman edilir ki, bu il Avropa xalqı qaz istehlakını azaldacaq. Mənzillərin isidilməsində müəyyən məhdudiyyətlər də tətbiq oluna bilər. Bütün hallarda Rusiyadan olan asılılığı azaltmaq üçün Aİ ölkələrinə bir müddət zaman lazımdır”.
Ekspetin fikrincə, 2030-cu ilə qədər qaz qiymətlərinin xeyli artacağı da istisna edilmir:
“ABŞ hazırda Avropaya qaz tədarükünü artırmaq istəyir. Səudiyyə Əərbistanı da alternativ ölkələr arasındadır. Fransa və İran arasında DA münasibətlər yaxşıdır. Ola bilsin ki, gəlƏcəkdə İran da Avropaya qaz ixrac etsin. Lakin İrandan Avropaya qaz kəmərLərinin çəkilməsi müəyyən vaxt tələb edir. Mütəxəssislərin fikrincə bunun üçün ən azı 5 il vaxt tələb olunur. Avropanın bu böhranla bağlı yəqin ki, “B” planı var. Amma Rusiya Avropanı özündən asılı hala gətirib. Bu asılılıqdan can qurtarmaq elə də asan deyil. 2030-cu ilə qədər qaz qiymətlərinin xeyli artacağı da istisna edilmir”.
Müshibim TANAP və TAP layihələrinə paralel boru kəmərlərinin çəkilməsini vacib hesab edir:
“Azərbaycan Prezidenti İlham Əliyev də bildirib ki, Azərbaycan qaz tədarükünü iki dəfə artırmalıdır. Lakin aydın məsələdir ki, bizim bütün Avropanı təmin edəcək qədər qaz ehtiyatlarımız yoxdur. Təbii ki, biz öz payımızı dayanmadan artırırıq. Lakin 10-15 il sonra Xəzəryanı ölkələr arasında boru kəməri çəkilərsə Avropaya qaz ixracımızı daha da artıra bilərik. Bu Avropa üçün də ən yaxın məsafə hesab oluna bilər. TANAP və TAP layihələrinə paralel boru kəmərləri çəkilərsə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində daha böyük paya malik ola bilər”.
Bizi sosial şəbəkələrdən izləyin!!