Müəllif: Gülnar Əhmədli, Banco.az
Payız fəsli ilə əlaqədar ölkə bankları hər mövsüm olduğu kimi bu dəfə də sərfəli kampaniyalara start veriblər.
Banco.az yararlana bilməniz üçün kampaniyaları təqdim edir:
PAŞA Bank
1. Bankda 250 000 AZN-dək onlayn biznes kreditini illik cəmi 11%-lə əldə edərək biznesinizi sərfəli şərtlərlə əldə edə bilərsiniz. Kampaniya 31.10.2025-ci il tarixinədək keçərlidir.
Onlayn biznes kreditini əldə etmək üçün linkə keçid edin: https://pshb.az/47gH1tU
2. Bank “Visa” ilə “mPOS” ödənişlərində 0% komissiya təklif edir. Kampaniya 31.12.2025-ci il tarixinədək həm cari, həm yeni “mPOS” müştəriləri üçün keçərlidir.
Ətraflı məlumat və sifariş üçün keçid edin: https://pshb.az/4mTGD9f
Xalq Bank
1. Bankda indi yenilənmiş əmanət faizləri ilə daha çox gəlir qazana bilərsiniz. Kampaniya 30 dekabradək qüvvədədir.
Əlavə üstünlük: yeni və mövcud əmanətçilər üçün Mastercard Black Edition və ya Visa Infinite premium kartlarının illik xidmət haqqına 50% endirim.
Ətraflı məlumat və faizlər: https://tinyurl.com/ye45fv8e
2. 31 oktyabradək Digital Card vasitəsilə aparılan təmassız NFC ödənişləri kart sahibinə 10% keşbek, XalqOnline mobil tətbiqində aparılan ödənişlər isə 20% keşbek qazandırır.
Kampaniya müddətində 1 müştərinin maksimum qazana biləcəyi cashback məbləği 20 AZN ola bilər.
Ətraflı məlumat: https://tinyurl.com/5es35ctb
Bankın digər kampaniyaları ilə tanış olmaq üçün keçid edin: https://tinyurl.com/5n7m8fbs
Azər Türk Bank
1. Bank bir il müddətinədək verilən istehlak kreditlərinin illik faiz dərəcəsi 10,5% səviyyəsinə endirib. Bu kreditlər üzrə xidmət haqqı 0%-dir. Kampaniya 31 oktyabr daxil olmaqla həmin tarixədək davam edəcək.
2. Azər Türk Bank-a məxsus atb debit kart, yeni nəsil atb əmək haqqı kartı və atb premium kart hesablarındakı qalıq vəsaitinə hesablanan faiz dərəcəsi ilə bağlı müştərilər üçün sərfəli kampaniyanı davam etdirir. Kampaniya müddətində Bankın müştəriləri kart hesablarındakı qalığa görə illik 8% gəlir əldə edəcəklər.
Bankın atb card debit və atb yeni nəsil əməkhaqqı kartları üzrə qalıq məbləğinin 30 000 manatadək olan hissəsinə, atb card premium üzrə qalığın 100 000 manatadək olan hissəsinə faiz hesablanacaq. Kampaniya 2026-cı il 15 yanvar daxil olmaqla, həmin tarixədək davam edəcək.
Unibank
1. Oktyabrın 31-dək Unibankdan ilk kreditini illik faiz dərəcəsinə 2% endirimlə əldə edə biləcəksiniz. Ətraflı: https://tinyurl.com/ytr2y2vn
2. Bank oktyabrın 31-dək biznesinizi böyütmək üçün sizə 4 əla təklif edir.
- 50 000 AZN-dək mikro-kredit 12 ayadək güzəşt müddəti ilə;
- 50 000 AZN-dək mikro-kredit illik faiz dərəcəsinə 4%-dək endirimlə;
- 50 000 AZN-dək zaminsiz mikro-kredit;
- 50 000 AZN-dək mikro-kredit 0% komissiya ilə.
Bankın bütün kampaniyaları: https://tinyurl.com/25db8t5s
Bank BTB
Bank müştərilərinə lombard krediti üzrə ən sərfəli şərtlərlə “Qızıl Payız” kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər öz qızıl zinət əşyalarını Banka təqdim etməklə 100 000 AZN-dək lombard kreditini aylıq 1.5%-dən başlayan faizlə və 0% komissiya ilə əldə edə bilərlər. Kampaniya 31.10.2025-ci il tarixinədək qüvvədədir.
Bizi sosial şəbəkələrdən izləyin!!