Süni intellektin inkişafı iqtisadiyyata necə təsir göstərəcək? | Banco.az

Süni intellektin inkişafı iqtisadiyyata necə təsir göstərəcək?

Müəllif - Aida İsaq, Banco.az

"Qarşıdakı on il ərzində süni intellekt ölkə insanların həyat şəraitində böyük dəyişikliklər yarada bilər. Belə ki, istehsal proseslərini optimallaşdırmaq və avtomatlaşdırmaq, qəbul edilən qərarların dəqiqliyini artırmaqla iqtisadiyyatın və əhalinin gəlirlərini beş faiz artırmaq mümkündür."

Banco.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Maksim Oreşkin “Süni intellektlə səyahət” beynəlxalq konfransında səsləndirib.

Onun sözlərinə görə, süni intellekt həmçinin xəstəliklərin erkən aşkarlanması, dəqiq diaqnostika və müalicə üsullarının optimal trayektoriyasının müəyyən edilməsinə stimul verəcək. Nəticədə texnoloji sahənin bu cür inkişafı insan ömrünün üç il artırılmasını təmin edəcək. 

“Vətəndaşlarımızın rifahı və ölkəmizin suverenliyinin təmin edilməsi üçün süni intellekt texnologiyasının inkişafının vacibliyini nəzərə alan prezident hələ 2019-cu ildə Rusiyada süni intellektin inkişafı haqqında fərman imzalayıb. Bu fərman startap layihələrdən tutmuş sənayeyə qədər bütün mərhələlərdə dəyişikliklərə gətirib çıxardı. Son illərdə çox işlər görülüb. Lakin indi daha böyük addımlar atılmalıdır. Artıq bizə lazım olan hər şey var: yüksək ixtisaslı kadrlar, texnoloji həllər və ən əsası, bu sahədə axtardıqlarını tapan on minlərlə insan var" - deyə M.Oreşkin  bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et