Müəllif: Tamara Mustafayeva, Banco.az
“Lufthansa” 20 min yeni iş vakansiya açmağı planlaşdırır.
Banco.az xəbər verir ki, alman hava yolu şirkəti “Lufthansa” tərəfindən edilən açıqlamada şirkətin 45-dən çox departamenti üzrə ölkə daxilində 20 min yeni işçinin işə qəbulu üçün kampaniyanın başladığı bildirilib.
Yeni işə qəbul olunanlar Hamburqdakı texnologiya mərkəzində, həmçinin Frankfurt, Münhen, Sürix, Vyana və Brüssel şəhərlərində çalışacaqlar.
Xatırladaq ki, “Lufthansa”nın sentyabr ayının sonunda 107 min işçisi var idi.
Şirkət həmçinin sentyabr ayında yeni təyyarələr də daxil olmaqla avadanlıq və informasiya texnologiyalarına milyardlarla dollar sərmayə qoymağı planlaşdırdığını açıqlamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!