Qətər və Çin arasında 27 illik LNG sazişi imzalanıb | Banco.az

Qətər və Çin arasında 27 illik LNG sazişi imzalanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Qatar Energy” ilə “Sinopec” şirkətləri arasında LNG sazişinin  imzalandığı açıqlanıb.

Banco.az xəbər verir ki, Qətər dövlətinə məxsus olan “Qatar Energy” ilə Çinin neft-kimya şirkəti “Sinopec” arasında uzunmüddətli alqı-satqı sazişi imzalanıb.

Razılaşmaya əsasən, “Qatar Energy” “Sinopec” şirkətini 27 il ərzində hər il 4 milyon ton olmaqla mayeləşdirilmiş təbii qaz (LNG) ilə təmin edəcək.

Mütəxəssislər bu müqavilənin LNG sənayesindəki ən uzunmüddətli müqavilələrdən biri olduğunu qeyd edirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram