Almaniyada mayeləşdirilmiş qaz terminalının xərcləri iki dəfə artıb | Banco.az

Almaniyada mayeləşdirilmiş qaz terminalının xərcləri iki dəfə artıb

Müəllif - Aida İsaq, Banco.az

Mayeləşdirilmiş təbii qazın (LNG) qəbulu üçün üzən terminalların alınması və saxlanması Almaniyaya nəzərdə tutulandan iki dəfə çox baha başa gələcək. 

Banco.az xəbər verir ki, LNG qəbul edən terminalların dəyərinin 3,5 milyard, ümumi xərclərin isə təxminən 6,56 milyard avro olduğu bildirilir. Eyni zamanda, müvafiq məsələylə bağlı ilkin olaraq üç milyard avro ayrıldığı qeyd olunur.

Məlumata görə, bahalaşmaya səbəb olan amillərdən biri də, Almaniyanın 10 il əvəzinə 15 il müddətinə iki LNG daşıyıcısı icarəyə götürməyə qərar verməsidir.

Qeyd edək ki, Almaniyanın şimalındakı Vilhelmshaven şəhərində LNG ilə gəmilərin qəbulu üçün ölkədə ilk mobil terminalın tikintisi başa çatdırılıb. Rusiyadan gələn qazın bir hissəsini əvəz etməsi gözlənilən terminal isə 2023-cü ilin yanvar ayından tankerləri yanacaqla qəbul etməyə başlayacaq.

Ən sərfəli kredit üçün müraciət et

2023-cü ilə qədər Almaniyada Şimal və Baltik dənizləri sahillərində daha altı mobil LNG qəbul terminalının tikiləcəyi gözlənilir. Onların ümumi gücünün 30 milyard kubmetrdən çox olduğu bildirilir. Almaniya həmçinin 2025-2026-cı illərdə üç sabit terminalı işə salmağı planlayır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et