Müəllif - Aida İsaq, Banco.az
Rusiya noyabr 15-dən etibarən Azərbaycana qaz tədarükünə başlayıb. Bu barədə "Qazprom" məlumat yayıb.
Banco.az xəbər verir ki, SOCAR ilə imzalanan müqavilə 2023-cü ilin mart ayına qədər qüvvədə olacaq.
Qazın qiyməti ilə bağlı məlumatlar açıqlanmasa da, Avropanın qaz birjalarında formalaşan qiymətdən xeyli aşağı olacağı bildirilir.
Qeyd edək ki, ilin ilk on ayında “Qazprom”un MDB-dən kənar ölkələrə ixracı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 42,6 faiz (67,6 milyard kubmetr) azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!