Müəllif - Aida İsaq, Banco.az
Yaponiyada istehlak qiymətləri 1982-ci ildən bəri ilk dəfə olaraq oktyabr ayında 3,6% artıb.
Banco.az xəbər verir ki, artımlara enerji daşıyıcılarının qiymətinin bahalaşması təsir göstərib. Qaz və işıq istehlakı 20% bahalaşıb. Elektrik, istilik və su haqqları isə 14,6% artıb.
Tez xarab olan mallar və enerji məhsulları istisna olmaqla malların qiymətində 2,5% artım müşahidə olunub.
Aprel ayından etibarən qiymət artımı sürətlənib. May ayının məlumatlarına əsasən baza inflyasiyası tez xarab olan mallar istisna olmaqla, ilk dəfə olaraq 2%-i keçərək 2,1%-ə çatıb. İyunda inflyasiya 2,2%, iyulda 2,4%, avqustda 2,8%, 2022-ci ilin sentyabrında isə artım 3% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!