Bu ölkədə əhalinin 63 faizi yoxsulluq içində yaşayır | Banco.az

Bu ölkədə əhalinin 63 faizi yoxsulluq içində yaşayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Afrika qitəsinin ən sıx məskunlaşdığı ölkəsi Nigeriyada əhalinin 63%-i yoxsulluq içində yaşayır.

Banco.az xəbər verir ki, Milli Statistika Bürosunun dərc etdiyi "Nigeriya Çoxölçülü Yoxsulluq İndeksi" hesabatında ölkədə yoxsulluğun artdığı bildirilib.

Hesabatda 133 milyon insanın yoxsulluq həddində yaşadığı bildirilib ki, bu da ölkə əhalisinin 63 faizinə bərabərdir.

Hesabatda həmçinin əhalinin yarıdan çoxunun yemək hazırlayarkən təmiz enerji əvəzinə gübrə, odun və ya kömürdən istifadə etdiyi vurğulanmaqla sanitariya, səhiyyə xidmətlərinə çıxış, ərzaq təhlükəsizliyi və mənzillə bağlı mövcud problemlər vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadi böhran və təhlükəsizlik problemləri səbəbindən ölkələrində çətin şəraitdə yaşayan bəzi nigeriyalılar daha yaxşı həyat ümidi ilə qeyri-qanuni yollarla Avropaya köçməyə çalışırlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et