Buğdanın qiyməti Ərdoğanın çıxışından sonra ucuzlaşıb | Banco.az

Buğdanın qiyməti Ərdoğanın çıxışından sonra ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışından sonra buğdanın qiyməti ucuzlaşıb.

Banco.az xəbər verir ki, G20 Liderlər Zirvə Görüşündə çıxış edən Rəcəb Tayyib Ərdoğanın taxıl müqaviləsinin davam edəcəyinə dair müsbət mesajlar ötürməsi buğdanın qiymətində ucuzlaşmaya səbəb olub.

Çikaqo əmtəə birjasında buğda fyuçerslərinin qiyməti 1,8 faiz azalaraq 8,3275 dollara ticarət olunub. Beləliklə, qiymətlər noyabrın 9-dan sonra ilk dəfə aşağı düşüb.

Qarğıdalı və soyanın qiymətləri də hər biri 0,6 faiz ucuzlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et