Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın maliyyə naziri Canet Yellen inflyasiya və kriptovalyutaları dəyərləndirib.
Banco.az xəbər verir ki, G20 sammiti üçün Balidə olan Yellen inflyasiyanın gələn il azalacağını, lakin qlobal mənzərənin qeyri-müəyyən olduğunu bildirib.
Bir çox ölkələrdə yüksək enerji və ərzaq qiymətləri probleminin olduğunu ifadə edən Yellen, "Bu məsələlər bizim üçün də problemdir, ancaq iqtisadiyyatımız güclü və dayanıqlıdır. Güclü şəkildə məşğulluq yaratmağa davam edirik. İşsizlik nisbəti ötən 50 ilin ən aşağı səviyyəsindədir", deyə Amerikanın cari iqtisadi vəziyyətini analiz edib.
O, inflyasiyanın zaman keçdikcə azalmağa başlayacağını gözlədiyini də deyib.
Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan FTX-in iflasını və bunun ardınca kriptovalyuta bazarlarında baş verən şok dalğalarını qiymətləndirən Yellen, “kifayət qədər tənzimlənməyən” maliyyə vasitələrinə investisiya qoymağın “olduqca riskli, hətta təhlükəli” olduğunu bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!