Zukerberq və Musk kimi insanların istifadə etdiyi Öyrənmə Metodu: 20 Saat Qaydası | Banco.az

Zukerberq və Musk kimi insanların istifadə etdiyi Öyrənmə Metodu: 20 Saat Qaydası

Müasir dövrdə informasiyaya çıxış olduqca rahatdır, lakin bu informasiyadan tam şəkildə istifadə edib ixtisaslaşmaq çoxlarımız üçün çətin bir prosesdir. Lakin, Zukerberq və Elon Mask kimi uğur qazanmış insanlar gənc yaşlarında necə mütəxəssis oldular? Cavabı: onların qeyri-adi beynə sahib olmaları və ya öyrənməyə normadan artıq vaxt sərf etmələri ilə bağlı deyil… Əslində cavabı: hər kəsin həyatında tətbiq edə biləcəyi asan bir metodu intizamlı bir şəkildə öz həyatlarına inteqrasiya etmələri ilə əlaqədardır.

Elm adamı və yazıçı olan Josh Kauffman-a görə, nəyi istəyirsinizsə – buna misal olaraq, bir musiqi alətində ifa etmək olsun, xarici dil öyrənmək olsun və ya bir mövzu haqqında ixtisaslaşmaq olsun  – bütün bunları 20 saat ərzində öyrənə bilərsiniz.

Josh Kauffman qeyd edir ki, öyrənmə prosesinin uğurla həyata keçməsi üçün bu metodun ilk olaraq intizamlı olaraq tətbiq edilməsi lazımdır. Ona görə, bu öyrənmə metodu ilə ixtisaslaşmaq istədiyiniz mövzuya gündə ortalama 45 dəqiqə ayırmağınız kifayətdir.

Burada əsas məsələ öyrənmə prosesində həqiqətən fokuslanmaq və vaxtınızı sadəcə öyrənmək istədiyiniz mövzu ilə bağlı araşdırmalar edərək keçirtməkdir. Qısacası, 20 saatınızı günlərə bölərək ən məhsuldar şəkildə dəyərləndirməyiniz lazımdır.

Ən sərfəli kredit üçün müraciət et

Yazıçı Kauffman bu mövzuda ABŞ-ın qurucularından olan Benjamin Franklinin öyrənmə metodunu misal göstərir. Belə ki, Benjamin Franklin “Planlı Öyrənmə” adını verdiyi bu üsulla sadəcə 3 il ərzində məktəb təhsili proqramını artıqlaması ilə öyrənməyi bacarmış bir insandır.

Onun metodu “5 Saat Qaydası” olaraq da tanınır. Bu metod əslində yuxarıda bəhs etdiymiz 20 saat qaydası ilə eynidir. Çünki, Benjamin Franklin bazar ertəsindən cümə gününə qədər gündə 1 saatını öyrənmək istədiyi mövzuya ayıraraq 1 ayın sonunda həmin mövzu haqqında ixtisaslaşmağı bacarmışdı.

20 saat Qaydasının digər detalları isə, Josh Kauffman-nın TED çıxışında:

Moneta.az

Ən sərfəli krediti almaq üçün müraciət et