Zuckerberg və Maskın yerinə keçəcək texnologiyanın ən yeni 9 milyarderi | Banco.az

Zuckerberg və Maskın yerinə keçəcək texnologiyanın ən yeni 9 milyarderi

Mark Zuckerberg, Ceff Bezos və İlon Maskı yəqin ki, tanımayan insan yoxdur.

Bəs, Patrick Collison, David Zalik və ya Lucy Peng adlarını eşitmisinizmi?

İlk qrupa daxil olanların texnologiya milyarderi olan startap qurucuları olduqlarını bilirsiniz. Bilmədiyiniz isə güman ki, texnologiya milyarderləri sırasına qatılan ikinci qrupdakı şəxslərdir.

Forbes jurnalının varlılar siyahısı və Bloomberg milyarderlər indeksinə əsaslanaraq hazırlanan bu siyahı ilə texnologiya milyarderlərinin yeni üzvlərinə nəzər salaq.

Siyahı sərvətlərinin çoxunu son 3 il ərzində əldə edən şəxslərdən ibarətdir. Fərqli ölkələrdən və qitələrdən olan bu 9 şəxsin müxtəlif texnologiya sektorlarında fəaliyyət göstərən şirkətləri və trilyon dollarlarla sərvətləri var. Gəlin, onlarla tanış olaq.

1. Rishi Shah, Outcome Health CEO-su

Image result for rishi shah

Yaş: 31

Sərvət: 3.6 milyard dollar

Şirkət: Outcome Health, sağlamlıq üzrə texnologiyası şirkəti

Vəzifəsi: Təsisçi, CEO

Həkim atanın oğlu olaraq dünyaya gələn Shah hazırda şirkətin sədri olan Shradha Agarwal ilə Outcome Health şirkətini qurmaq üçün Northwestern Universitetindən ayrılmışdı. Şirkət həkimlərə və digər səhiyyə işçilərinə planşet və böyük sensorlu ekrana malik cihazlar satır və həkim-xəstə ünsiyyətini yüksək səviyyədə həyata keçirən proqramlar hazırlayır.

Rishi Shah hazırda şirkət səhmlərinin 80%-nə sahibdir.

2. Frank Wang, DJI Technology CEO-su

Image result for Frank Wang

Yaş: 37

Sərvət: 3.2 milyard dollar

Şirkət: DJI Technology, Çinli dron istehsalçısı

Vəzifəsi: Təsisçi, CEO

Wang 2006-cı ildə Honkonq Elm və Texnologiya Universitetindəki yataqxanada qaldığı zamanlardan hazırki şirkəti üçün çalışmağa başlamışdı və şirkət həqiqətən uçmağa hazır dron satan ilk şirkətlərdən idi. Wang həmin vaxtdan etibarən sektorda fəaliyyət göstərir və 2017-ci ildə o, Asiyanın ən gənc milyarderi seçilmişdi.

3. Jan Koum, WhatsApp CEO-su

Image result for jan koum

Yaş: 41

Sərvət: 9.7 milyard dollar

Şirkət: WhatsApp, mesajlaşma tətbiqi

Vəzifəsi: Həmtəsisçi, CEO

Jan Koum haqqında ətraflı məlumat əldə etmək üçün link-ə daxil ola bilərsiniz:

4. Brian Acton, WhatsApp həmtəsisçisi

Image result for brian acton

Yaş: 45

Sərvət: 6.7 milyard dollar

Şirkət: WhatsApp, mesajlaşma tətbiqi

Vəzifə: Həmtəsisçi (şirkətdən ayırılıb)

Acton yenicə yollarını WhatsApp şirkəti ilə ayırıb. Sentyabr ayında reallaşan bu ayrılıqdan sonra o, “qazanc əldə etməyi hədəfləməyən, texnologiya və ünsiyyətin kəsişdiyi nöqtədə” olacaq bir layihəyə başlayacağını Facebook hesabı vasitəsilə bildirmişdi.

5. Adam Neumann, WeWork CEO-su

Image result for adam neumann

Yaş: 38

Ən sərfəli kredit üçün müraciət et

Sərvət: 2.6 milyard dollar

Şirkət: WeWork, kovörkinqlər şəbəkəsi

Vəzifə: Həmtəsisçi, CEO

Adam Neumann haqqında ətraflı məlumat əldə etmək üçün link-ə daxil ola bilərsiniz:

6. David Zalik, GreenSky CEO-su

Related image

Yaş: 43

Sərvət: 2 milyard dollar

Şirkət: GreenSky, texnologiya tədarükçüsü

Vəzifə: Həmtəsisçi, CEO

İsrail vətandaşı olan Zalik dörd yaşında ailəsi ilə birlikdə Alabamaya köçür. Olduqca savadlı və ağıllı bir uşaq olan Zalik 13 yaşında Auburn Universitetinə daxil olur. O, ilk işi olan MicroTech şirkətini qurmaq üçün məzun olmadan universitetdən ayrılır. 1996-cı ildə MicroTech şirkətini satın alır. Daha sonra isə ev dekorasiyası ilə məşğul olan, səhiyyə xidməti təşkil edən şirkətlər üçün müştərilərin ödənişlərini hissə-hissə həyata keçirmələrini təmin edən GreenSky şirkətini təsis edir.

7. John (Stripe İdarə heyətinin sədri) və Patrick Collison (Stripe CEO-su)

Stripe cofounders Patrick and John Collison

Yaş: John 27, Patrick 29

Sərvət: Hər biri 1.1 milyard dollar

Şirkət: Stripe, onlayn ödəmə sistemi

Vəzifə: John – həmtəsisçi və idarə heyətinin sədri; Patrick – həmtəsisçi və CEO

Collison qardaşları İrlandiyanın kiçik bir kəndində orta təbəyə məxsus bir ailədə böyüyüblər və gəc yaşlarında kod yazmağı bir-birləri ilə rəqabət edərək öyrəniblər. Qardaşlar Silikon Vadisinə gedib Stripe şirkətini qurmaq üçün 2009-cu ildə təhsil aldıqları Harvard Universitetindən ayrılırlar. 2016-cı ilin noyabr ayında şirkətin dəyəri 9.2 milyard dollara yüksəlir və Collison qardaşları milyarder olur.

8. Lucy Peng, Ant Financial İdarə Heyətinin Sədri

Image result for Lucy Peng

Yaş: 44

Sərvət: 1.4 milyard dollar

Şirkət: Ant Financial, maliyyə xidmətləri şirkəti

Vəzifə: İdarəçi

Peng “Alibaba” şirkətinin 18 qurucusundan biri idi və mobil ödəmə xidməti “AliPay”–in CEO-su da olmaqla şirkətdə bir çox vəzifədə çalışmışdı. Alibaba şirkəti hazırda “Ant Financial” adlanan “AliPay” ilə ayrıldığı zaman Peng də şirkətin rəhbərliyində qaldı.

O, 2017-ci ilin mart ayında ilk dəfə olaraq Forbes jurnalının milyarderlər siyahısına daxil olmuşdur.

9. Satoshi Nakamoto, Bitkoinin Yaradıcısı

Anonymous

Yaş: Bilinmir

Sərvət: Bilinmir

Şirkət: Bilinmir

Vəzifə: Bilinmir

Nakamoto güman ki, Bitkoinin əsrarəngiz yaradıcısının (və ya yaradıcılarının) qondarma adıdır. Nakamotonun əsl adı ilə bağlı bir çox fikir irəli sürülsə də, heç biri öz təsdiqini tapmadı. 2013-cü ildə bitkoin tərtibatçısı Sergio Lerner Nakamotonun təqribən 1 milyon dollar dəyərində bitkoinə sahib olduğunu təxmin etmişdi. Odur ki, hazırda Nakamoto milyonlarla və ya milyardlarla sərvətə sahib ola bilər.

Həmçinin oxu: Milyonçuların qeyri-adi uşaqlıq illəri

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et