Zövq almadan yaşamaq - özünə zidd getməkdir | Banco.az

Zövq almadan yaşamaq - özünə zidd getməkdir

1.Əgər siz həyatda zövq almadan yaşayırsınızsa, deməli siz özünüzə qarşı çıxır, özünüzə zidd gedirsiniz. Siz özünüzə ziyan edir və təbii ki, daha tez qocalırsınız. Psixi və fiziki sağlamığın əsas meyarı  yaxşı əhval-ruhiyyə, sevinc və sevgi vəziyyətidir. Öz dünyanızı özünüz yaradın və elə edin ki, orada yaşamaq sizə xoş və rahat olsun.

2. Öz hislərinizi aktivləşdirin. Sizə əhatə edənə qarşı daha diqqətli olun. Az yatın. Ətrafda baş verən adi hadisələr və təzahürlərdəki dəyişikliklərə nəzər salın. Adət etdiklərinizə yeni bucaqdan nəzər salmağa can atın, baxışlarınızı dəyişin (dünyaya uşaq kimi baxmaq lazımdır bəzən). Həyata maksimal dərəcədə cəlb olunun, keçmişlə yaşamayın. Özünüzü ayıq  saxlayın, hadisələrə cəlb olunun. Detallara fikir verin.

Ən sərfəli kredit üçün müraciət et

3. Optimist qalın: hadisələrin axırını dəyişmək bəzən bizim əlimizdə deyil, amma biz onlara qarşı yanaşmamızı dəyişə bilərik.  Bu bizim iradəmizdən asılıdır.

4. Sevgiyə can atın. Hətta sevgi obyektiniz olmasa belə onu uydurun. Sevgi bizi daha böyük, daha güclü və daha sağlam edir.

Könül Soltanova, Banco.az