"Zolotaya Korona" tərəfdaş banklarda hədiyyə aksiyasına start verib! | Banco.az

"Zolotaya Korona" tərəfdaş banklarda hədiyyə aksiyasına start verib!

2014-cü ilin 21 iyul tarixindən etibarən "Zolotaya Korona" pul köçürmələri sistemi Azərbaycanda fəaliyyət göstərən tərəfdaş bankların müştəriləri üçün yeni aksiyaya başlayıb.

Sistemdən verilən məlumata əsasən, köçürülən vəsaitin məbləğindən asılı olaraq, müştərilər müxtəlif kiçik hədiyyələrlə mükafatlandırılacaqlar. Aksiyanın davam etdiyi müddət ərzində tərəfdaş bankların filial və şöbələrində "Zolotaya Korona" sistemi vasitəsilə pul köçürmələri həyata keçirən müştərilərə xatirə suvenirləri təqdim olunacaq:

- Qələm - 349 manat məbləğində pul köçürməsi həyata keçirən müştərilər üçün,

- Fənər - 350-999 manat məbləğində pul köçürməsi həyata keçirən müştərilər üçün,

- Köynək - 1000 manat məbləğində pul köçürməsi həyata keçirən müştərilər üçün nəzərdə tutulmuş kiçik hədiyyələrdir.

Sözügedən aksiya aşağıda adları qeyd edilmiş banklarda təşkil olunur:

- Expressbank ASC

- "Parabank" ASC

- "Nikoil” İKB ASC

- "ƏMRAHBANK" ASC

- "Turanbank" ASC

- "NBC BANK" ASC

- "Gəncəbank" SKB

Ən sərfəli kredit üçün müraciət et

-  "AFB BANK" ASC

-  VTB Bank ASC (Azərbaycan)

-  "ВТВ" Bank ASC

- "Azərbaycan Kredit Bankı" ASC

- "Azər-Türk Bank" ASC

- "Atrabank" ASC

- "YUNAYTED KREDİT BANKI" ASC

- "DekaBank" KB ASC

- "Azərbaycan Sənaye Bankı" ASC

- "Qafqaz İnkişaf Bankı" ASC

- "Günay Bank" ASC

Aksiyanın keçirilmə müddəti iyul ayının 21-dən başlayaraq uduş fondundakı hədiyyələr tükənənə qədərdir.

Hədiyyələrin sayı məhduddur: 8100 qələm, 2415 fənər və 1795 köynək.

"Göndərərək qazan!" kampaniyasının şərtləri barədə daha ətraflı məlumatı www.perevod-korona.com saytından əldə edə bilərsiniz.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et